Meksikanın ilk qadın prezidentinin kortejinin iştirakı ilə baş vermiş yol qəzasında 1 nəfər ölüb

Meksikanın ilk qadın prezidentinin kortejinin iştirakı ilə baş vermiş yol qəzasında 1 nəfər ölüb Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaumun ölkənin şimalına səfərə gedən kortejinin iştirakı ilə baş vermiş qəzada bir nəfər həlak olub.
Digər ölkələr
15 İyun , 2024 03:26
Meksikanın ilk qadın prezidentinin kortejinin iştirakı ilə baş vermiş yol qəzasında 1 nəfər ölüb

Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaumun ölkənin şimalına səfərə gedən kortejinin iştirakı ilə baş vermiş qəzada bir nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “El Universal” məlumat yayıb.

“Məndə olan məlumat odur ki, Monklovanın (Koauila ştatının şəhəri – red.) girişindəki kəsişmədə qəza baş verib”, – qəzet mer Davila Delqadodan sitat gətirib.

İlkin məlumata görə, mərhumun idarə etdiyi avtomobil sürət həddini aşıb və yol ayrıcından keçərkən dayanmayıb.

Şeynbaumun mətbuat xidməti bildirib ki, qəza nəticəsində onun komandasından heç kim xəsarət almayıb. Seçilmiş prezidentin korteji yoluna davam edib.

Xatırladaq ki, daha əvvəl Klaudiya Şeynbaum Meksikada keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib. Beləliklə, o, Meksika və Şimali Amerika tarixində ilk qadın prezident olub.

Son xəbərlər

Orphus sistemi