Meksikada yarmarkada baş verən yanğında beş nəfər ölüb

Digər ölkələr
  • 08 may, 2026
  • 05:40
Meksikada yarmarkada baş verən yanğında beş nəfər ölüb

Meksikanın Tabasko ştatında yerləşən Villahermosa şəhərində ənənəvi illik yarmarkada baş verən yanğın beş nəfərin ölümü ilə nəticələnib.

"Report" xəbər verir ki, bu barədə regionun qubernatoru Xavyer Mey "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, yanğın artıq tamamilə söndürülüb.

"Yanğın təcili xidmət əməkdaşları tərəfindən artıq lokallaşdırılıb və söndürülüb. Beş nəfər həyatını itirib, bununla əlaqədar onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir və bədbəxt hadisədən zərərçəkənlərə bütün lazımi yardımı göstərməyə hazırıq", - o bildirib.

Yerli mətbuatın məlumatına görə, alov yarmarkanın keçirildiyi ərazidə yerləşən 200-ə yaxın ticarət obyektini məhv edib. Aidiyyəti xidmətlər orada olan insanların təcili təxliyəsini həyata keçirmək məcburiyyətində qalıb.

Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir.