Meksikada qəsəbələrarası toqquşmada 13 nəfər öldürülüb

Digər ölkələr
  • 17 iyul, 2018
  • 23:06
Meksikada qəsəbələrarası toqquşmada 13 nəfər öldürülüb

Bakı. 18 iyul. REPORT.AZ/ Meksikada iki qəsəbənin sakinləri arasında kütləvi toqquşma olub.

"Report" xəbər verir ki, bu barədə "Life.ru" yerli prokurorluğa istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, San-Lukas-İkskotepek qəsəbəsi sakinləri Oahaka ştatının Santa-Mariya-Ekapetek sakinlərinə hücum ediblər. Toqquşmaya səbəb mübahisəli ərazi olub. 

Toqquşmada təxminən 20 nəfər iştirak edib. Onlardan 13-ü öldürülüb, daha 1 nəfər xəsarət alıb.

Öldürülənlər arasında 2 qadın da var.

44 filmi