Meksika Prezidenti ikinci dəfə koronavirusa yoluxub
Meksika Prezidenti ikinci dəfə koronavirusa yoluxubMeksika Prezidenti Andres Manuel Lopez Obradorun koronavirus testi müsbət çıxıb və indi özünü təcrid edir.
Meksika Prezidenti Andres Manuel Lopez Obradorun koronavirus testi müsbət çıxıb və o, özünü təcrid edib.
“Report” xəbər verir ki, bu barədə siyasətçi özünün tviter səhifəsində yazıb.
“Sizə bildirirəm ki, mən COVID-19-a yoluxmuşam və əlamətlər yüngül olsa da, təcrid olunmuş vəziyyətdə qalacam, ofis işləri ilə məşğul olacaq və virtual ünsiyyət quracam”, - dövlət başçısı bildirib. Prezident həmçinin yazıb ki, xəstəliyi zamanı onu daxili işlər naziri Adan Aqusto Lopez Hernandez əvəz edəcək.
2021-ci ilin dekabrında Meksika Prezidenti “AstraZeneca” koronavirus peyvəndinin üçüncü dozasını alıb. Altmış səkkiz yaşlı dövlət başçısına mətbuat konfransı zamanı buster vaksin vurulub.
Xatırladaq ki, o, bir il əvvəl də COVID-19 xəstəsi idi - Lopez Obrador 24 yanvar 2021-ci ildə koronavirusa yoluxduğunu elan etmişdi. Prezidentin sözlərinə görə, həmin vaxt onda infeksiyanın yüngül əlamətləri vardı.
Informo a ustedes que estoy contagiado de #COVID19 y aunque los síntomas son leves, permaneceré en aislamiento y solo realizaré trabajo de oficina y me comunicaré de manera virtual hasta salir adelante.