​Meksika polisi 73 taksi sürücüsünü saxlayıb

​Meksika polisi 73 taksi sürücüsünü saxlayıb Aksiya iştirakçıları təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirdilər
Digər ölkələr
30 Aprel , 2016 02:33
​Meksika polisi 73 taksi sürücüsünü saxlayıb

Bakı. 30 aprel. REPORT.AZ/Meksikada polis Mexiko və Akapulko arasındakı şose yolu bağlamış 73 taksi sürücüsünü saxlayıb. "Report" xəbər verir ki, bu barədə "Assoşieyted Press" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aksiya iştirakçıları regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirdilər.

Etiraz aksiyasının bəzi iştirakçıları polisin gəlişindən sonra gizlənməyə cəhd göstəriblər. Yerli polis bölməsinin rəisi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları atılmış nəqliyyat vasitələrində beş avtomat silahını və kokainlə dolu çantanı aşkar ediblər. 

Son xəbərlər

Orphus sistemi