Medinski: Rusiya və Ukrayna prezidentlərinin görüşü üçün razılaşmanın şərtlərini hazırlamaq lazımdır
Digər ölkələr
- 23 iyul, 2025
- 23:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında mümkün görüş üçün razılaşmanın şərtlərini hazırlamaq lazımdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqlardan sonra deyib.
"Belə bir görüşün baş tutması üçün əvvəlcə razılaşmanın şərtlərini hazırlamaq və bu görüşdə nəyin müzakirə olunacağını anlamaq lazımdır. Amma əslində bu görüşdə razılaşmanı müzakirə etmək yox, onu imzalamaq lazımdır", - Medinski bildirib.
"Bütün bunları sıfırdan yenidən müzakirə etmək üçün görüşməyin mənası yoxdur", - Rusiya Prezidentinin köməkçisi vurğulayıb.
Son xəbərlər
06:49
Azad edilmiş ərazilərə köç edən keçmiş məcburi köçkünlər təsviri imkansız hisslər keçirirlər
Daxili siyasət
06:49
Kuba sahillərində baş verən gəmi qəzasında bir nəfər ölüb, üç nəfər itkin düşüb - Yenilənib
Digər ölkələr
05:51
ABŞ Qrenlandiyada hərbi infrastrukturun inkişafına 500 milyon dollaradək vəsait yönəldə bilər
Digər ölkələr
05:08
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə işlərin davam etdirildiyini deyib
Digər ölkələr
04:53
Tramp İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə etdiyini bildirib
Digər ölkələr
04:51
Aİ liderləri 2028-2034-cü illər üçün uzunmüddətli büdcə üzrə razılaşma əldə etməyiblər
Digər ölkələr
04:14
Koşta: 24 Aİ ölkəsi 2027-ci il üçün Ukraynaya əlavə kreditin ayrılmasını dəstəkləyib
Digər ölkələr
03:39
Türkiyə Monteneqro vətəndaşları üçün viza tələbini bərpa edib
Region
03:22
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət