Malinin keçid şurasının sabiq rəhbəri və keçmiş baş nazir azadlığa buraxılıb

Malinin keçid şurasının sabiq rəhbəri və keçmiş baş nazir azadlığa buraxılıb Malidə baş vermiş hərbi çevriliş nəticəsində mayın 24-də həbs edilmiş keçid şurasının keçmiş rəhbəri Bax N'Dau və sabiq baş nazir Moktar Uan azadlığa buraxılıb.
Digər ölkələr
29 Avqust , 2021 05:56
Malinin keçid şurasının sabiq rəhbəri və keçmiş baş nazir azadlığa buraxılıb

Malidə baş vermiş hərbi çevriliş nəticəsində mayın 24-də həbs edilmiş keçid şurasının keçmiş rəhbəri Bax N'Dau və sabiq baş nazir Moktar Uan azadlığa buraxılıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı müvafiq bəyanatı ölkə hakimiyyəti yayıb.

Sənədə əsasən, keçid şurasının keçmiş rəhbəri və sabiq baş nazirə qarşı "xüsusi müşahidə tədbirləri" tətbiq edilib.

Qeyd edək ki, avqustun 6-da BMT-nin Malidə insan hüquqları sahəsində vəziyyət üzrə müstəqil eksperti Aliun Tin N Daunun və Uanın yaxın vaxtlarda azad ediləcəyi ilə bağlı fərziyəsini irəli sürüb.

Malidə 2020-ci ilin avqust çevrilişinin arxasında dayanan polkovnik Assimi Qoita keçid şurasının sədri N Daunun və keçmiş baş nazir Uan da daxil olmaqla, çoxlu sayda yüksək vəzifəli şəxsin həbs olunmasını əmr edib.

Son xəbərlər

Orphus sistemi