Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Fransa lideri özünün
Emmanuel Makron qeyd edib ki, amerikalı həmkarı ilə NATO-nun dekabrda keçiriləcək sammitinə qədər Londonda görüşməyi razılaşdırıblar.
"Bu axşam Donald Trampla əla telefon danışımız oldu: Suriya, İran, NATO (müzakirə edilib). Ümumi vaxtlar seçilib və biz NATO-nun sammitinə qədər Londonda görüşəcəyik", - deyə Fransa lideri yazıb.
Şimali Atlantika Alyansının 29 ölkəsinin dövlət və hökumət başçılarının sammiti dekabrın 3-4-də Londonda keçiriləcək.
Qeyd edək ki, Fransa və ABŞ liderlərinin bundan əvvəlki danışığı 1 ay əvvəl - oktyabrın 12-də baş tutub. Həmin vaxt Emmanuel Makron amerikalı həmkarına Türkiyə ordusunun Suriyadakı əməliyyatlarının dayandırılması zəruriliyini bildirib.