Liviyanın paytaxtında hökumət binalarının yaxınlığında iki partlayış baş verib

Liviyanın paytaxtında hökumət binalarının yaxınlığında iki partlayış baş verib Hər iki partlayışa minalanmış avtomobillər səbəb olub
Digər ölkələr
8 Sentyabr , 2016 16:11
Liviyanın paytaxtında hökumət binalarının yaxınlığında iki partlayış baş verib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripoli şəhərində Xarici İşlər Nazirliyinin (XİN) binası və Milli Birlik Hökuməti qərargahının yerləşdiyi HDQ bazası yaxınlığında iki partlayış baş verib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. 

Hər iki partlayışa minalanmış avtomobillər səbəb olub. İlkin məlumata görə, hadisə zamanı ölən yoxdur. 

BMT-nin dəstəyi ilə yaradılmış Liviyanın Milli Birlik Hökuməti 2016-cı il mart ayından Tripolidə fəaliyyət göstərir. Şəhərdə səlahiyyətə malik silahlı qruplar hökumətlə əməkdaşlıq etmək razılığına gəlib, lakin ölkə parlamenti bunu dəstəkləməyib. 

Son xəbərlər

Orphus sistemi