Litva ABŞ və Britaniya sanksiyalarına görə "Lukoil" neftinin tranzitini dayandıracaq
Digər ölkələr
- 31 oktyabr, 2025
- 23:54
"Litva Dəmir Yolları" (LDY) noyabrın 21-dən etibarən Rusiyanın "Lukoil" və "Rosneft" şirkətlərinin məhsullarının Litva ərazisindən tranzitlə daşınmasını dayandıracaq.
"Report" LRT-yə istinadən xəbər verir ki, qərar ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalarla bağlıdır və bu sanksiyalar Rusiyanın əsas neft şirkətlərinin satışını məhdudlaşdırır.
LDY "Lukoil"un neft məhsullarını Kalininqrad vilayətinə daşıyırdı. Şirkət oraya 2023-cü ildə 345 min, 2024-cü ildə isə 194 min ton "Lukoil" nefti çatdırıb. "Rosneft" nefti isə nə keçən il, nə də bu il Litva ərazisindən daşınıb.
ABŞ Maliyyə Nazirliyinin proqnozlarına görə, yeni sanksiyalar Kremli neft və qaz ixrac gəlirlərinin 30 faizinədək hissəsindən məhrum edə bilər.
Son xəbərlər
23:55
Zelenski ərazilər haqqında: Durduğumuz yerdə dayanırıq
Digər ölkələr23:49
İsveç Ukraynaya 200 milyon dollar birbaşa büdcə yardımı təqdim edəcək
Digər ölkələr23:41
Uitkoff: Qəzzada nizamlanmanın birinci mərhələsində irəliləyiş müşahidə olunur
Digər ölkələr23:33
Foto
Gürcü rejissor Akademik Milli Dram Teatrında "Kral Lir"ə quruluş verəcək
Mədəniyyət23:16
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Digər ölkələr23:05
Holann İngiltərə Premyer Liqasında vurduğu qolların sayında Ronalduya çatıb
Futbol22:54
İtaliya polisi narkotik əməliyyatında 384 nəfəri həbs edib
Digər ölkələr22:37
Foto
Video
Oğuzda mikroavtobus qəzası nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Hadisə22:32