Yuxarı
    Bağlamaq

    ​Lavrov: Minskdə Ukrayna üzrə sənəd bu gün imzalanacaq

    Normandiya dördlüyünün danışıqları səhərə qədər davam edə bilər

    Bakı. 12 fevral. REPORT.AZ/ "Normandiya dördlüyü" ölkələrinin liderləri Ukraynadakı vəziyyətin nizamlanması üzrə sənədi cümə axşamı, fevralın 12-də imzalayacaq.

    "Report" xəbər verir ki, bunu Rusiyanın dövlət KİV-lərinə açıqlamasında xarici işlər naziri Sergey Lavrov bildirib.

    "Artıq sabah, bu gün yox", - deyə Lavrov çərşənbə günü bildirib.

    Bundan əvvəl isə Lavrov Minskdəki danışıqların gedişatını "yaxşı" kimi xarakterizə edib.

    Qeyd edək ki, Rusiya XİN rəhbərinin müavini "dördlüy"ün danışıqlarının səhərə qədər davam edə biləcəyini bildirib.

    Belarusun xarici işlər naziri Vladimir Makeyin sözlərinə görə, tərəflər Minsk görüşündə Ukraynanın ərazi bütövlüyünə dair bəyannamə imzalaya bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi