Latviya ukraynalı qaçqınların yerli dili öyrənməsinə 4,7 milyon avro xərcləyəcək

Latviya ukraynalı qaçqınların yerli dili öyrənməsinə 4,7 milyon avro xərcləyəcək Latviya hakimiyyəti Ukraynadan olan qaçqınların latış dilini öyrənməsi üçün təxminən 4,7 milyon avro ayırıb.
Digər ölkələr
5 Fevral , 2025 11:48
Latviya ukraynalı qaçqınların yerli dili öyrənməsinə 4,7 milyon avro xərcləyəcək

Latviya hakimiyyəti Ukraynadan olan qaçqınların latış dilini öyrənməsi üçün təxminən 4,7 milyon avro ayırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Məlumata görə, kurslar qaçqınlar, o cümlədən Ukrayna ərazisində orta təhsil almış yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulub. 2025-ci ildə 6375 nəfərə yaxın ukraynalının latış dili kurslarında pulsuz iştirak edə biləcəyi planlaşdırılır.

Portalın məlumatına görə, Latviyada ukraynalı qaçqınlara latış dilinin öyrədilməsi proqramı 2022-ci ildən həyata keçirilir.

2024-cü ilin avqustunda Latviyanın “Rait Custom Research Baltic” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrinə görə, Latviya sakinlərinin yarıdan az hissəsi ölkə hakimiyyətinin ukraynalı qaçqınları qəbul etməsini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi