Küveytdə insanların ölkə daxilində hərəkəti qadağan edildi
Digər ölkələr
- 08 may, 2020
- 22:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Küveyt hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə 10 may tarixindən 30 maya qədər insanların ölkə daxilində hərəkətini qadağan edən qərar qəbul edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin rabitə mərkəzi məlumat yayıb.
Qərar Səhiyyə Nazirliyinin tövsiyəsinə əsasən qəbul edilib.
Son günlər ölkədə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilib. Küveyt Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 641 nəfər virusa yoluxub, pandemiyanın başlandığı gündən 7 208 nəfərin koronavirus testi müsbət olub.
Bundan əlavə 47 nəfər pandemiyanın qurbanı olub.
Son xəbərlər
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə