Kuleba: Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək

Kuleba: Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək “ABŞ-ın gələcək prezidenti Donald Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək”.
Digər ölkələr
8 Dekabr , 2024 01:47
Kuleba: Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək
Dmitro Kuleba

“ABŞ-ın gələcək prezidenti Donald Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək”.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Die Presse” qəzetinə müsahibəsində deyib.

Kulebanın fikrincə, prezidentlik yarışında siyasətçinin qələbəsi Ukrayna üçün də istənilən digər Avropa ölkəsi üçün eyni deməkdir - qəbul edilməli və onunla işləmək lazım olan yeni reallıq.

“Trampın ilk açıqlamaları və telefon zəngləri böyük səs-küyə səbəb olsa da, hələlik bunlar sadəcə sözlərdir. Müharibənin tez bitməyəcəyi aydındır. Bu, sadəcə olaraq mümkün deyil. Trampın hansı planı ortaya atmasından asılı olmayaraq, reallıq yoxlamasından keçməli olacaq”.

Son xəbərlər

Orphus sistemi