Bakı. 25 fevral. REPORT.AZ/ Kubanın mərkəzi hissəsində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 6 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli "Escambray" qəzeti yazıb.
Qatarın sərnişini Xulio Vera nəşrə bildirib ki, qatarlar bir xətt üzrə qarşı-qarşıya hərəkətdə olublar.
Qəza Sankti-Spiritus şəhərinin 5 km-də baş verib.