Koronavirus əleyhinə vaksinin sınağına başlanıldı - VİDEO
- 23 aprel, 2020
- 23:49
Koronavirus əleyhinə vaksin hazırlamış Böyük Britaniyanın Oksford Universitetindən olan tədqiqatçılar komandası preparatın könüllülər üzərində sınaqlarına başlayıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, söhbət “ChAdOx1 nCoV-19” adını almış vaksindən gedir. O şimpanzedə virus əsasında yaradılıb və tərkibinə koronavirusun genetik kodunun hissəsi əlavə edilib. Belə texnologiya artıq daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyini sübut edib.
"Bu gün Oksford Universitetinin vaksinlər üzrə qrupu onun (dərmanın-red) təhlükəsizliyi və yaxşı immuniteti təmin etməsi qabiliyyəti barədə informasiya toplamaq üçün iki könüllüdə COVID-19-dan vaksinin tədqiqatına başlayıb", - deyə universitet tərəfindən “Twitter”də yerləşdirilmiş xəbərdə bildirilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Today @OxfordVacGroup began trialling a #Covid19 vaccine in two healthy human volunteers, to provide info on its safety & ability to generate good immune responses.
— Oxford University (@UniofOxford) April 23, 2020
Weâre so grateful to the volunteers & researchers working tirelessly to develop this: https://t.co/K3LlIVhwfN pic.twitter.com/geiX9G7DEd