Kolumbiyada terror aktı törədilib, ölən və yaralananlar var

Kolumbiyada terror aktı törədilib, ölən və yaralananlar var Kolumbiyanın Şimali Santander departamentinin Tibu bələdiyyəsində polis patruluna edilən bombalı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Digər ölkələr
25 May , 2023 04:40
 Kolumbiyada terror aktı törədilib, ölən və yaralananlar var

Kolumbiyanın Şimali Santander departamentinin Tibu bələdiyyəsində polis patruluna edilən bombalı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Caracol Radio” radiostansiyası məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğu yoldan keçən patrul maşınının yanında işə salınıb.

Ölənlər arasında iki polis əməkdaşı və bir yerli sakin (qadın – red) də var. Hadisə zamanı habelə dörd polis əməkdaşı və dörd mülki şəxs də yaralanıb, onların hamısı xəstəxanaya yerləşdirilib.

Radiostansiya qeyd edib ki, partlayış Kolumbiyanın müdafiə naziri İvan Velaskesin bölgəyə gəlməsindən bir neçə saat əvvəl baş verib.

Bu ərazidə “Milli Azadlıq Ordusu”nun üsyançıları, eləcə də Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvləri cinayət əməlləri həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi