Kolumbiyada terror aktı zamanı xəsarət alanların sayı 43 nəfərə çatıb

Kolumbiyada terror aktı zamanı xəsarət alanların sayı 43 nəfərə çatıb Kolumbiyanın Korinto (Qərbi Kauka departamenti) bələdiyyəsi binasının qarşısında bomba partlayışı nəticəsində xəsarət alan insanların sayı 43 nəfərə çatıb
Digər ölkələr
27 Mart , 2021 18:49
Kolumbiyada terror aktı zamanı xəsarət alanların sayı 43 nəfərə çatıb

Kolumbiyanın Korinto (Qərbi Kauka departamenti) bələdiyyəsi binasının qarşısında bomba partlayışı nəticəsində xəsarət alanların sayı 43 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Dieqo Molano bildirib.

"Yaralıların sayı 43 nəfər təşkil edir, onlardan 6-sı ciddi xəsarətlər alıb", - Molano tvitterdə bildirib.

Nazir qeyd edib ki, terror aktına görə məsuliyyət keçmiş sol radikal qruplaşma "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri"nin üzərinə düşür.

Qeyd edək ki, ötən gün naməlum adamlar Korinto (qərb departamenti Kauka) bələdiyyəsi ərazisində meriyanın binası qarşısında avtomobili partladıblar.

Son xəbərlər

Orphus sistemi