Kolumbiyada terror aktı zamanı xəsarət alanların sayı 43 nəfərə çatıb
Kolumbiyada terror aktı zamanı xəsarət alanların sayı 43 nəfərə çatıbKolumbiyanın Korinto (Qərbi Kauka departamenti) bələdiyyəsi binasının qarşısında bomba partlayışı nəticəsində xəsarət alan insanların sayı 43 nəfərə çatıb
Kolumbiyanın Korinto (Qərbi Kauka departamenti) bələdiyyəsi binasının qarşısında bomba partlayışı nəticəsində xəsarət alanların sayı 43 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Dieqo Molano bildirib.
"Yaralıların sayı 43 nəfər təşkil edir, onlardan 6-sı ciddi xəsarətlər alıb", - Molano tvitterdə bildirib.
Nazir qeyd edib ki, terror aktına görə məsuliyyət keçmiş sol radikal qruplaşma "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri"nin üzərinə düşür.
Qeyd edək ki, ötən gün naməlum adamlar Korinto (qərb departamenti Kauka) bələdiyyəsi ərazisində meriyanın binası qarşısında avtomobili partladıblar.
#ConsejoDeSeguridad#Cauca Hechos en Corinto: - Acción terrorista indiscriminada contra población civil por parte de disidencias de las FARC 'Columna Móvil Dagoberto Ramos' al mando de alias 'Cejas' - 43 lesionados (11 funcionarios públicos) - Daños materiales @CorintoAlcaldiapic.twitter.com/SpLhvRdjhn