Kolumbiya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

Kolumbiya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib Kolumbiya Prezidenti Qustavo Petro ölkənin şimalında üsyançılar arasında silahlı toqquşmalar səbəbindən fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
21 Yanvar , 2025 07:12
Kolumbiya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

Kolumbiya Prezidenti Qustavo Petro ölkənin şimalında üsyançılar arasında silahlı toqquşmalar səbəbindən fövqəladə vəziyyət elan edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Petro qeyd edib ki, daxili təlatümlər və iqtisadiyyatda fövqəladə vəziyyətlə əlaqədar xüsusi rejim tətbiq olunur. Prezident Kolumbiyanın məhkəmə sisteminin onun qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, ötən ilin sentyabrında Petro ölkədə onu zərərsizləşdirmək və ya vəzifəsindən uzaqlaşdırmaq məqsədilə dövlət çevrilişi hazırlandığını bildirmişdi. Bu bəyanatlar siyasətçinin prezidentlik kampaniyasının maliyyə mənbələri ilə bağlı araşdırma fonunda verilib. Petronun sözlərinə görə, o, “qeyri-qanuni orqan” tərəfindən mühakimə olunur.

Son xəbərlər

Orphus sistemi