Kobaxidze: Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil
Digər ölkələr
- 08 fevral, 2025
- 17:56
Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil.
"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Euronews"ə müsahibəsində deyib.
"Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Rəsmi Moskva ərazi bütövlüyümüzü pozur. Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin tanınması səbəbindən diplomatik əlaqələrin bərpası müzakirə olunmur. Lakin biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir", - Kobaxidze deyib.
Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət və iqtisadi əlaqələri saxlayır.
"Ərazi bütövlüyü məsələsinə gəlincə, bu məsələni yalnız sülh yolu ilə həll etməkdən başqa alternativ yoxdur", - Kobaxidze vurğulayıb.
Son xəbərlər
23:20
KİV: ABŞ İraqın "Lukoyl" şirkətinin payını Amerika kompaniyasına ötürmək planını dəstəkləyib
Digər ölkələr23:03
"Sabah"ın baş məşqçisi: "Neftçi"nin çox da topla oynamasına imkan vermirdik"
Futbol22:57
Foto
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət22:55
Fon der Lyayen: Müharibəni uzatmaq Rusiyaya baha başa gələcək
Digər ölkələr22:50
Zelenski: Ukrayna və Aİ sabah axşama qədər sülh planının layihəsini yekunlaşdıracaqlar
Digər ölkələr22:36
Azərbaycan səfiri ABŞ-nin Gürcüstandakı diplomatları ilə regional əməkdaşlığı müzakirə edib
Region22:35
"Neftçi"nin məşqçisi: "Azarkeşləri üzdüyümüzü bilirik"
Futbol22:23
Quterreş Suriya üzrə xüsusi nümayəndəsinə yeni müavin təyin edib
Digər ölkələr22:21