Klinton və Tramp Nyu-York ştatında praymeriz ərəfəsində liderlik edir

Klinton və Tramp Nyu-York ştatında praymeriz ərəfəsində liderlik edir Nyu-York ştatında ilkin seçimlər aprelin 19-da keçiriləcək
Digər ölkələr
18 Aprel , 2016 14:24
Klinton və Tramp Nyu-York ştatında praymeriz ərəfəsində liderlik edir

Bakı. 18 aprel. REPORT.AZ/ Sabah ABŞ-ın Nyu-York ştatında prezidentliyə namizəd olacaq partiya nümayəndələrini müəyyənləşdirəcək növbəti praymeriz keçiriləcək.

"Repoirt" "RİA Novosti"yə istinadən xəbər verir ki, Demokratlar Partiyasında keçmiş dövlət katibi Hillari Klinton əsas rəqibi olan Vermont ştatının senatoru Berni Sandersi inamla üstələyir. Belə ki, NBC telekanalı, "The Wall Street Journal" qəzeti və Nyu-York Marist Kollecinin sosioloji xidmətinin apardığı sorğu bu ştatda H.Klintonu dəstəkləyən seçicilərin 57, B.Sanders tərəfdarlarının isə 40% təşkil etdiyini göstərib. Xanım Klintonu ən çox dəstəkləyənlər də elə məhz xanımlardır: 60%. Bu mənada B.Sandersin göstəricisi 37%-dir. Elə kişi seçicilər arasında da Klinton Sandersi üstələyir - 44%-ə qarşı 53%.

"The New York Times" qəzetinin hesablamasına görə, hazırda H.Klinton artıq Demokratlar Partiyasının Milli Qurultayının 1 776 nümayəndəsindən dəstək alıb. B.Sandersdə bu göstərici 1 118 səsdir. Demokratik Partiyasından prezident postuna namizədliyi irəli sürmək üçün qurultayın 2 383 nümayəndəsinin dəstəyi tələb olunur.

Respublikaçıların düşərgəsində isə milyarder Donald Tramp inamla lider mövqeyini qoruyub saxlayır. "Optimus" Araşdırma Xidmətinin Respublikaçılar Partiyasının sifarişi əsasında Nyu-York ştatında keçirdiyi son sorğunun nəticələrinə görə D.Trampı respublikaçı seçicilərdən 49%-i dəstəkləməyə hazırdır. Ohayo qubernatoru Con Keysikin dəstək göstəricisi 23%, Texas senatoru Ted Kruzununku isə 14% təşkil edir.

Son xəbərlər

Orphus sistemi