Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna qanunvericiliyinin Avropa İttifaqı (Aİ) qanunlarına uyğunluğunun qiymətləndirilməsi prosesinə başlamaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin saytında yerləşdirilən məlumatda deyilir.
“Ukrayna dövlətinin başçısı və Avropa Komissiyasının rəhbəri Ukrayna qanunvericiliyinin yoxlanılmasına başlamaq barədə razılığa gəliblər ki, bu, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün növbəti addımdır”, – Zelenskinin ofisinin saytında yerləşdirilən mesajda bildirilib.
Qeyd olunub ki, tərəflər Aİ-nin Ukraynaya 50 milyard avro məbləğində yardım göstərilməsi qərarının blokdan çıxarılmasına xüsusi diqqət yetiriblər.
“Volodimir Zelenski bu məsələdə konsensusun əldə olunacağına ümid etdiyini bildirib”, - məlumatda vurğulanır.