KİV: İsrail ABŞ-nin İrana mümkün zərbəsinə hazırlıq görür

Digər ölkələr
  • 19 fevral, 2026
  • 08:58
KİV: İsrail ABŞ-nin İrana mümkün zərbəsinə hazırlıq görür

İsrail Vaşinqtonun İrana mümkün zərbəsindən öz ordusunun gözlənilməz vəziyyətdə qalmaması üçün ABŞ ilə sıx koordinasiyada geniş hazırlıq tədbirləri həyata keçirir.

"Report"un məlumatına görə, bu barədə İsrailin N12 televiziya kanalı xəbər verib.

Məlumata görə, İsrail yüksək döyüş hazırlığını saxlayır, müxtəlif müdafiə və hücum ssenarilərinə hazırdır. Lakin ictimaiyyətə təlimatlar verən İsrailin Arxa Cəbhə Komandanlığı hələlik tövsiyələrini sərtləşdirməyib.

"Ynet" portalı öz növbəsində bildirib ki, İsrail ABŞ Prezidenti Donald Trampın nüvə sazişinin perspektivlərinə inamını itirərək, yaxın günlərdə İrana zərbə endirmək əmri verə biləcəyini mümkün hesab edir.

Nəşrin məlumatına görə, İsrailin siyasi-hərbi kabinetinin əvvəllər 19 fevrala planlaşdırılan iclası izahat verilmədən 22 fevrala təxirə salınıb.

Portal həmçinin iddia edib ki, son günlər İsrailin Baş naziri Binyamin Netanyahu ilə qapalı görüşlərdə, hətta Amerikanın hücumunda iştirak etməsə belə, İranın ölkəyə raket zərbəsi endirməsi ehtimalı müzakirə olunub.

Portalın məlumatına görə, İsrail Arxa Cəbhə Komandanlığına və digər təcili yardım xidmətlərinə artıq mümkün hərbi əməliyyatlara hazırlaşmaq tapşırılıb və bir neçə təhlükəsizlik bölməsi yüksək hazırlıq vəziyyətinə gətirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti