KİV: Fransa baş naziri xələfinin prezident koalisiyasından kənar bir şəxsin təyin edilməsini istəyir

KİV: Fransa baş naziri xələfinin prezident koalisiyasından kənar bir şəxsin təyin edilməsini istəyir Fransanın Baş naziri Qabriel Attal ölkə Prezidenti Emmanuel Makronla danışıqlarda yeni baş nazirin mərkəzçi prezident koalisiyasından kənar şəxslər arasından təyin edilməsini istəyib.
Digər ölkələr
23 Avqust , 2024 20:57
KİV: Fransa baş naziri xələfinin prezident koalisiyasından kənar bir şəxsin təyin edilməsini istəyir

Fransanın Baş naziri Qabriel Attal ölkə Prezidenti Emmanuel Makronla danışıqlarda yeni baş nazirin mərkəzçi prezident koalisiyasından kənar şəxslər arasından təyin edilməsini istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Mən mərkəzçi blokun partiyalarına daxil olmayan yeni baş nazirin təyin edilməsini istədim”, - Attal prezident blokunun nümayəndələri ilə Makron arasında yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar çərçivəsində keçirilmiş görüşdən sonra partiya yoldaşlarına yazdığı məktubda bildirib.

O vurğulayıb ki, belə addım geniş siyasi spektrin – solçulardan tutmuş sağçı respublikaçılara qədər maraqlarını təmsil edəcək kabinetin formalaşmasına imkan verəcək.

“Bu, Fransa xalqının maraqları naminə irəliləməyə imkan verə bilər”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi