KİV: ABŞ fələstinlilərə humanitar yardım üçün 330 milyon dollardan çox vəsait ayıracaq

KİV: ABŞ fələstinlilərə humanitar yardım üçün 330 milyon dollardan çox vəsait ayıracaq ABŞ Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə 336 milyon dollar əlavə humanitar yardım göstərmək niyyətindədir.
Digər ölkələr
30 Sentyabr , 2024 21:34
KİV: ABŞ fələstinlilərə humanitar yardım üçün 330 milyon dollardan çox vəsait ayıracaq

ABŞ Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə 336 milyon dollar əlavə humanitar yardım göstərmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" USAID-ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, maliyyə vəsaiti bu ərazilərə ərzaq, dərman və ilkin tələbat mallarının çatdırılmasına, eləcə də İsrail ordusunun hərəkətləri nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilərin qışda müvəqqəti mənzillə təmin olunmasına imkan verəcək.

Bildirilir ki, Qəzza zolağı və İordan çayının qərb sahili son bir ildə humanitar böhran vəziyyətindədir.

“Birləşmiş Ştatlar münaqişənin bütün tərəflərini atəşkəs və girovların dərhal azad edilməsi, habelə Qəzza zolağına genişmiqyaslı humanitar yardımın çatdırılması barədə razılığa çağırmaqda davam edir”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi