Kişinyovda 50 min insan hakimiyyətə qarşı toplanıb

Kişinyovda 50 min insan hakimiyyətə qarşı toplanıb Aksiya Moldova Sosialist Partiyası və “Bizim Partiya”nın birgə təşkilatçılığı ilə baş tutub
Digər ölkələr
27 Sentyabr , 2015 16:38
Kişinyovda 50 min insan hakimiyyətə qarşı toplanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyovda hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçirilir.

“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müxalif Moldova Sosialist Partiyası və “Bizim Partiya”nın birgə təşkilatçılığı ilə baş tutan aksiyada 50 minə yaxın insan iştirak edir.

Aksiya zamanı prezidentin, hökumət və baş prokurorun istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiya ilə mübarizə kimi tələblər səsləndirilir.

“Ölkəni oliqarxlardan azad etməliyik. Xalqın dövlətə qarşı inamını qaytarmalıyıq”, - deyən Moldova Sosialist Partiyasın lideri İgor Dodon, aksiyalarin davamlı olacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi