Kim Çen In KXDR-lə Çinin münasibətlərini inkişaf etdirəcəyini vəd verib

Kim Çen In KXDR-lə Çinin münasibətlərini inkişaf etdirəcəyini vəd verib Bakı. 15 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çinlə münasibətlərin möhkəmləndiriləcəyini bildirib və münasibətləri yeni inkişaf mərhələsinə çıxaracağını vəd verib.
Digər ölkələr
15 Aprel , 2018 05:27
Kim Çen In KXDR-lə Çinin münasibətlərini inkişaf etdirəcəyini vəd verib

Bakı. 15 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çinlə münasibətlərin möhkəmləndiriləcəyini bildirib və münasibətləri yeni inkişaf mərhələsinə çıxaracağını vəd verib.

"Report" xəbər verir ki, bu barədə ÇTAK agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, KXDR lideri bunları Pxenyanda Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Əməkdaşlıq Bölməsinin rəhbəri Sun Tao ilə görüşündə deyib.

"Ali rəhbər bildirdi ki, o, KXDR-lə Çin arasındakı ənənəvi dostluq münasibətlərini qətiyyətlə irəli aparacaq və onu yeni inkişaf səviyyəsinə çıxaracaq", - deyə ÇTAK agentliyinin xəbərində deyilir.

Bildirilir ki, Sun Tao KXDR-ə ölkənin birinci prezidenti Kim İr Senin anadan olmasının 106 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün gəlib. 

Son xəbərlər

Orphus sistemi