Keniyada prezident seçkiləri başa çatdıqdan sonra paytaxt Nayrobidə etirazlar başlayıb

Keniyada prezident seçkiləri başa çatdıqdan sonra paytaxt Nayrobidə etirazlar başlayıb Uxur Keniatanın ikinci dəfə prezidenti seçilməsi narazılıqla qarşılanıb
Digər ölkələr
12 Avqust , 2017 02:19
Keniyada prezident seçkiləri başa çatdıqdan sonra paytaxt Nayrobidə etirazlar başlayıb

Bakı. 12 avqust. REPORT.AZ/ Keniyada prezident seçkilərindən sonra paytaxt Nayrobidə və Kisumu şəhərində etirazlar başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi şahidlərə istinadən məlumat yayıb.

"Mən indicə gördüm ki, yük avtomobilini və maşını necə daşa basdılar. Yollarda daş atırlar. Kiberdə (Nayrobinin rayonu) yoxsullar məhəlləsində isə güllə səsləri eşidilir", - deyə agentlik şahidin sözlərini sitat gətirib. 

Qeyd edək ki, Kemiyada növbəti prezident seçkiləri keçirilib. Seçki Komissiyasının nəticələrinə görə, dövlət başçısının səlahiyyətlərini icra edən Uxur Keniata prezident seçkilərində 54,27 faiz səs toplayıb. Onun rəqibi, ölkənin keçmiş baş naziri Rail Odinqa isə səslərin 44,74 faizini toplayıb.

Bu mənada Uxur Keniata ikinci dəfə 5 illik müddətinə ölkənin prezidenti seçilib.


Son xəbərlər

Orphus sistemi