Keniyada avtobus yük maşını ilə toqquşub, 12 nəfər ölüb

Digər ölkələr
  • 19 noyabr, 2017
  • 06:58
Keniyada avtobus yük maşını ilə toqquşub, 12 nəfər ölüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Keniyanın şərqində baş verən yol qəzası nəticəsində 12 nəfər ölüb.

"Report" "Daily Nation" nəşrinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 03:00-da qeydə alınıb.

Avtobusun yük maşını ilə toqquşması nəticəsində avtobusun 11 sərnişini və sürücüsü hadisə yerində həyatını itirib.