Kataloniya muxtariyyət statusunun ləğvi ilə bağlı etiraz etmək niyyətindədir

Digər ölkələr
  • 24 oktyabr, 2017
  • 14:12
Kataloniya muxtariyyət statusunun ləğvi ilə bağlı etiraz etmək niyyətindədir
Reuters

Bakı. 24 oktyabr. REPORT.AZ/ Kataloniya hökuməti rəsmi Madrid tərəfindən İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiqinə etiraz etmək niyyətindədir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kataloniya hökumətinin nümayəndəsi Jordi Turull bildirib.

Onun sözlərinə görə, ölkənin Konstitusiya Məhkəməsinə apellyasiya şikayəti veriləcək.

Konstitusiyanın 155-ci maddəsinə əsasən, İspaniya hakimiyyəti Kataloniyanın muxtariyyət hüququnu əlindən alır, hökumət vəzifədən uzaqlaşdırılır, altı ay ərzində yerli parlamentə növbədənkənar seçkilər keçirilir.

Xatırladaq ki, Kataloniya parlamentinin oktyabrın 26-da keçiriləcək iclasında regionun müstəqilliyi elan edilə bilər.

Oktyabrın 27-nə isə İspaniya parlamentinin iclası planlaşdırılır: Madrid muxtariyyətə dair qərarı tətbiq etmək niyyətindədir.