Kansler: Almaniya Ukrayna ətrafındakı vəziyyətdə məcburi sülhlə razılaşmayacaq
Digər ölkələr
- 15 fevral, 2025
- 09:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kansler Olaf Şolts bildirib ki, Almaniya hakimiyyəti Ukrayna ətrafındakı vəziyyətdə məcburi sülhə razı olmayacaq.
“Report” xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
"Məcburi sülh (Ukraynada) heç vaxt bizim dəstəyimizi qazanmayacaq", - kansler bildirib.
O qeyd edib ki, ölkəsi Avropa və ABŞ təhlükəsizliyinin bölünməsinə gətirib çıxaran həlli qəbul etmir.
Kansler bir daha əmin edib ki, Almaniya münaqişə başa çatdıqdan sonra da Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcək: "Maliyyə, maddi və logistik baxımdan bu böyük çağırış olacaq. Bunun üçün Avropaya ABŞ-nin köməyi lazım olacaq”.
Son xəbərlər
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:58
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qələbə qazanıb
Komanda
23:49
A Seriyasının lideri "Latsio" səfərdə "Sassuolo"nu darmadağın edib
Futbol