Kanar adalarında beşmərtəbəli bina uçub - yeddi ölü

Kanar adalarında beşmərtəbəli bina uçub - yeddi ölü Ölənlər İspaniya, Mərakeş, həmçinin İtaliya və Finlandiya vətəndaşlarıdır
Digər ölkələr
17 Aprel , 2016 05:11
Kanar adalarında beşmərtəbəli bina uçub - yeddi ölü

Bakı. 17 aprel.REPORT.AZ/Kanar adalarına məxsus kurort şəhərində 24 mənzilli, 5 mərtəbəli binanın uçması nəticəsində yeddi nəfər ölüb.

"Report"un məlumatına görə, hadisə Los-Kristianos kurort şəhərinin mərkəzində baş verib. "A-be-se" ispan qəzetinin verdiyi xəbərə görə, uçqunlar altında qalanlar var.

Ölənlər İspaniya, Mərakeş, həmçinin İtaliya və Finlandiya vətəndaşlarıdır. Fövqəladə hadisələr üzrə xüsusi bölmənin əməkdaşları, həmçinin polislər də daxil olmaqla dağıntıların təmizlənilməsinə, uçqunların altında qalanların xilas edilməsinə 200-dən çox adam cəlb edilib.

Binanın uçması ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Ehtimal olunur ki, hadisəyə qaz sızması nəticəsində əmələ gəlmiş partlayış səbəb olub. 

Son xəbərlər

Orphus sistemi