Kanadanın qərbində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan olunub
Digər ölkələr
- 18 noyabr, 2021
- 12:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Güclü leysan yağışlarının səbəb olduğu sel nəticəsində Kanadanın Britaniya Kolumbiyası vilayətində fövqəladə vəziyyət elan olunub. Bir nəfər həlak olub, bir neçə sakin itkin düşmüş hesab olunur.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Su altında qalmış rayonlardan 18 minədək insanın təxliyə edilməsi barədə göstəriş verilib. Leysanın səbəb olduğu sürüşmələr nəticəsində evlər və infrastruktur obyektləri dağılıb, dəmir yolu magistralları bloklanıb, ölkənin əsas avtomobil yolunun ayrı-ayrı hissələri yuyulub.
Əraziyə 408 taktiki helikopter eskadriliyası göndərilib.
Son xəbərlər
11:34
Foto
Sadır Japarov TÜRKPA-ya üzv dövlətlərin parlament sədrlərini qəbul edib
Milli Məclis
11:33
Bakıda dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfrans olacaq
Maliyyə
11:30
"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür"
Komanda
11:29
Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumların məqsədi açıqlanıb
İKT
11:29
Azərbaycanda yanvar-sentyabrda 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib
Sağlamlıq
11:27
Foto
Zəngilanda indiyə qədər 215 milyon kVts "yaşıl enerji" istehsal edilib
Energetika
11:23
AMB risk əsaslı nəzarəti maliyyə sektorunun digər seqmentlərinə də tətbiq edəcək
Maliyyə
11:18
ARDNF 9 ayda "Şahdəniz"in işlənməsindən 565 milyon manata yaxın gəlir əldə edib
Energetika
11:17
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə