Kamerunda ağır yol qəzası olub, azı 13 nəfər ölüb

Digər ölkələr
  • 01 mart, 2024
  • 05:55
Kamerunda ağır yol qəzası olub, azı 13 nəfər ölüb

Kamerunun şimalında iki avtomobilin toqquşması nəticəsində 6-sı uşaq olmaqla azı 13 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Yerli polisdəki mənbələr qəzanın avtomobillərdən birinin təkərinin partlaması nəticəsində baş verdiyini bildiriblər.

44 - Tezliklə