Kabildə baş verən partlayışda 15 nəfər ölüb, 70-i yaralanıb

Kabildə baş verən partlayışda 15 nəfər ölüb, 70-i yaralanıb Kabildə hava limanının yaxınlığında partlayış baş verib.
Digər ölkələr
26 Avqust , 2021 19:42
Kabildə baş verən partlayışda 15 nəfər ölüb, 70-i yaralanıb

Əfqanıstanın Kabil hava limanında baş verən partlayış nəticəsində 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

"Report"un "Əl-Cəzirə"yə istinadən məlumatına görə, yaralılardan əksəriyyətinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla hadisəni terror aktı adlandırıb.

18:45

Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində azı 13 nəfər həyatını itirib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" "Taliban"a istinadən xəbər verir.

Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, partlayış nəticəsində "Taliban"ın bir neçə döyüşçüsü yaralanıb.

18:30

Kabil hava limanı yaxınlığında baş verən partlayış nəticəsində azı 11 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Sky News" "Arabia" mənbələrinə istinadən xəbər verir.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, azı 15 nəfər yaralanıb.

"Reuters" agentliyinin verdiyi məlumata görə, ABŞ partlayışa səbəb kimi intihar hücumunun olduğunu təsdiqləyib. "The Wall Street Journal" qəzetinin yazdığına görə, ABŞ ordusu partlayışdan zərər çəkib.

"Fox" telekanalı hava limanı yaxınlığında ikinci partlayışın olması barədə məlumat yayıb.

18:09

Kabildə hava limanının yaxınlığında partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, hələlik zərərçəkənlər barədə dəqiq məlumat yoxdur.

Əfqanıstanlı jurnalist Bilal Sarvari tvitter hesabında Kabil hava limanında törədilən partlayışın intihar hücumunun nəticəsi olduğunu bildirib.

İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb.

Bundan əvvəl verilən məlumatda 15 nəfərin xəsarət aldığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi