İtaliyada oteldə yanğın olub, 2-si uşaq olmaqla 45 nəfər zəhərlənib
Digər ölkələr
- 13 oktyabr, 2024
- 10:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanda turistik Abano Terme şəhərindəki “Alexander” hotelində güclü yanğın baş verib.
“Report” xəbər verir ki, bu barədə “Corriereadriatico” portalı məlumat yayıb.
Qeyd olunub ki, binanın ikinci mərtəbəsindəki texniki otaqdan başlayan yanğının tüstüsü qısa müddətdə hoteli bürüyüb.
Əraziyə mülki müdafiə qüvvələri cəlb olunub, hoteldəki 273 nəfər təxliyə edilib. Lakin 2-si uşaq olmaqla 45 nəfər zəhərlənib.
Zəhərlənən şəxslər müvafiq tibbi yardım almaq üçün tibb müəssisələrinə aparılıblar. Son məlumata görə, üç nəfərin vəziyyəti ağır qiymətləndirilir. Yanğın tam söndürülüb, araşdırmalara başlanılıb.
Son xəbərlər
21:42
Türkiyə və Rusiya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Region
21:42
Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib
Fərdi
21:40
ABŞ-də əlverişsiz hava şəraitinə görə 660 mindən çox abonent işıqsız qalıb
Digər ölkələr
21:39
Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir
Region
21:29
Xaçmazda avtomobilin vurduğu piyada ölüb
Hadisə
21:21
Rusiya səfiri İsveç XİN-ə çağırılıb
Digər ölkələr
21:14
İran Küveytin strateji obyektə hücumla bağlı ittihamlarını təkzib edib
Region
21:01
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Astanada beynəlxalq turnirdə mübarizə aparacaq
Fərdi
20:56
Azərbaycanda zəlzələ olub
Hadisə