İsveçrədə koronavirusa yoluxmada rekord qeydə alınıb
Digər ölkələr
- 30 dekabr, 2021
- 22:10
İsveçrədə koronavirusa yoluxanların sutkalıq sayında rekord qeydə alınıb.
“Report”un məlumatın görə, ölkənin Federal Səhiyyə İdarəsindən bildirilib ki, son 24 saat ərzində 19 032 yeni COVID xəstəsi müəyyən edilib.
Bununla da pandemiya zamanı yoluxanların ümumi sayı 1 313 415 nəfərə çatıb.
Əvvəlki rekord göstərici dekabrın 28-də qeydə alınıb. O zaman həkimlər gün ərzində 13 375 yoluxma halı aşkar ediblər.
Həmçinin, son 24 saat ərzində İsveçrədə 23 nəfər koronavirusdan ölüb ki, bununla da pandemiyanın başlamasından indiyədək ölkə üzrə COVID qurbanlarının ümumi sayı 11 861 nəfərə çatıb.
Qeyd edək ki, İsveçrə oktyabrın ortalarından bəri pandemiyanın beşinci dalğasını yaşayır. Artıq koronavirusun “Omikron” ştammı ölkədə dominant ştama çevrilib.
Son xəbərlər
10:35
"Sabah" Azərbaycan Premyer Liqasında ilk dəfə ardıcıl 10 qələbə qazanıb
Futbol10:30
Həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq günlə bağlı qanunvericiliyə dəyişiklik edilir
Milli Məclis10:29
Azərbaycan çempionatında son doqquz mövsümün antirekordu təkrarlanıb
Futbol10:29
Vüsal Nəsirli Xırdalanda vətəndaşları qəbul edəcək
İnfrastruktur10:26
Foto
Video
Gəncədə qanunsuz tikili sökülüb
Hadisə10:22
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Hadisə10:20
"Sabah"ın futbolçusu Premyer Liqada 100-cü matçını keçirib
Futbol10:19
Odessaya dron hücumu olub, ölən və yaralananlar var
Digər ölkələr10:18