Qurumlararası əməkdaşlığın gücləndirilməsi İsveç hökumətinə cəmiyyətdə radikallaşma və zorakı ekstremizmlə daha effektiv mübarizə aparmağa imkan verəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Qunnar Strömmer bildirib.
“Terrorçular və zorakı ekstremizm tərəfdən sui-qəsd təhlükəsi artıb. Hökumət zorakı ekstremizmin radikallaşması və yayılmasının qarşısını almaq məqsədilə Cinayətin Qarşısının Alınması Şurasının Zorakı Ekstremizmə Qarşı Mübarizə Mərkəzinə qurumlararası əməkdaşlığı gücləndirmək tapşırığı verib”, - o deyib.
Mərkəz qurumlar arasında əməkdaşlığı gücləndirməklə yanaşı, regional və yerli səviyyələrdə koordinasiyanı inkişaf etdirəcək, həmçinin hakimiyyət orqanları ilə dini icmalar arasında dialoqu gücləndirəcək.