İsrail xüsusi təyinatlıları "Hizbullah" üzvünü oğurlayıb
Digər ölkələr
- 02 noyabr, 2024
- 15:38
İsrailin dəniz xüsusi təyinatlı qrupu Livanın şimalında yerləşən Batrun şəhərinin sahilində əməliyyat keçirib.
“Report” xəbər verir ki, İsrailin bu əməliyyatı barədə “Al Hadath” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, əməlliyyat zamanı “Hizbullah”ın üzvü oğurlanıb. Oğurlanan livanlı İmad Amhaz sürətli katerlə aparılıb.
Livanın ictimai işlər və nəqliyyat üzrə müvəqqəti naziri Əli Hamiye Livan vətəndaşının oğurlandığını təsdiqləsə də, oğurlanan şəxsin "Hizbullah"la əlaqəsi olduğunu deməyib.
"Livan ordusu və xüsusi xidmət orqanları hadisənin bütün detalları ilə bağlı araşdırma aparır," - o qeyd edib.
İsrailin təhlükəsizlik xidmətindəki mənbə “Sky News Arabia” telekanalına "Hizbullah" üzvünü əsir götürdüklərini təsdiqləyib.
Son xəbərlər
13:16
"Şəfa"nın baş məşqçisi: "Səbail"lə matçda dominant tərəf biz olacağıq"
Futbol13:13
AÇG-dən ötənilki hasilatın həcmi açıqlanıb
Energetika13:12
Gürcüstan hökuməti 6 ildən köhnə avtomobillərin idxalına qadağa qoyulmasını təklif edir
Region13:09
Sudanda qayığın batması nəticəsində azı 21 nəfər ölüb
Digər ölkələr13:09
ARTİ sertifikatlaşdırılma ilə bağlı yayılan sınaq imtahanı elanlarına münasibət bildirib
Elm və təhsil13:01
Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb
Hadisə13:00
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkdi
Daxili siyasət12:58
Milli Şura xarici xüsusi xidmət orqanlarının maddi yardımı ilə fəaliyyət göstərib - İTTİHAM
Hadisə12:57