İsrail Qəzzaya hava zərbələri endirib
Digər ölkələr
- 28 oktyabr, 2025
- 22:41
İsrailin Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir sıra ərazilərinə hava zərbələri endirib.
"Report"un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı xəbər yayıb.
Məlumata görə, hədəflərdən biri şəhərin şimalındakı "Aş-Şifa" Tibb Mərkəzi olub.
Qəzza şəhərinin cənubundakı əl-Sabra yaşayış məntəqəsində bir evə hava hücumu nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.
Əlavə məlumat verilmir.
"Al Mayadeen" telekanalı da öz növbəsində Qəzzanın qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsinə zərbə endirildiyini xəbər verib.
Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq ölkənin hərbi qüvvələrinə Qəzza zolağına dərhal güclü zərbələr endirməyi tapşırıb.
Son xəbərlər
17:04
Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
Daxili siyasət17:03
"Neftçi" kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb
Komanda17:02
Dmitro Şlapaçenko: Şəhər inkişafı və iqlim fəaliyyəti ayrılmazdır
İnfrastruktur17:01
Foto
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub
Hadisə16:58
Foto
Azərbaycan-Əlcəzair Birgə Komissiyanın ilk iclası gələn ilin I yarısında olacaq -YENİLƏNİB
Energetika16:57
Foto
Karpfişinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Fərdi16:55
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Sosial müdafiə16:54
Xaricdə iş vədi ilə xeyli insanı aldatmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Hadisə16:52