İsrail hərbçiləri Livandan ölkə ərazisinə "Hizbullah" radikal hərəkatının yaraqlıları tərəfindən 65 mərmi və raketin atılmasını qeydə alıblar.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bu məlumatlar yerli vaxtla saat 23:00-a (Bakı vaxtı ilə saat 22:00-a-red.) aiddir.
“Ordu İsraili və xalqını "Hizbullah" terror təşkilatından gələn təhdidlərdən qorumağa davam edəcək", - məlumatda deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.