İsrail ordusu HƏMAS-ın daha bir rəhbər şəxsini məhv edib
Digər ölkələr
- 06 noyabr, 2023
- 06:25
İsrail ordusu HƏMAS-ın rəhbər şəxslərindən biri olan Camal Mussanı məhv edib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, o, qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh şəxs olub.
Məlumatda həmçinin HƏMAS-ın daha bir neçə hərbçisinin öldürüldüyü vurğulanıb.
Bundan başqa, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi düşərgəsinə nəzarəti ələ keçirib. Qeyd olunub ki, ərazidə müşahidə məntəqələri, yaraqlılar üçün təlim sahələri və yeraltı tunellər var.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.
Son xəbərlər
13:57
Ukrayna Rusiyanın neft bazasına zərbə endirib
Digər ölkələr13:55
Foto
Avropa Şurasının Antidopinq Konvensiyası 2033-cü ildə AMADA-nın fəaliyyətini qiymətləndirəcək
Fərdi13:53
WUF13 rəsmisi: "2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 %-i şəhərlərdə yaşayacaq"
İqtisadiyyat13:51
Türkdilli ölkələrin birgə çəkdiyi Molla Nəsrəddin haqqında film ilin sonuna qədər təqdim olunacaq
Mədəniyyət siyasəti13:50
BMT-nin Baş katibi Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair icmalı təqdim edəcək
Digər ölkələr13:50
Azərbaycan qiymətli məhsulların ixracından gəlirlərini 57 %-ə yaxın artırıb
Biznes13:45
Fişer şahmatı üzrə dünya çempionatı gələn il yenidən Almaniyada keçiriləcək
Fərdi13:44
Foto
İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib -YENİLƏNİB-2
Daxili siyasət13:42