İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Nablus şəhərində yerləşən “Balata” fələstinli qaçqınlar düşərgəsində gecə keçirilən antiterror əməliyyatı zamanı hava zərbəsi nəticəsində bir neçə silahlını məhv edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Ordusu və İsrail Baş Təhlükəsizlik Xidməti Nablus şəhərindəki “Balata” düşərgəsində bir neçə terrorçunu məhv edib və dinc israillilərə qarşı terror hücumlarının qarşısını alıb. “Balata”da gecə keçirilən antiterror əməliyyatı zamanı Müdafiə Ordusunun uçan aparatı İsrailin mülki əhalisinə və hərbi obyektlərinə qarşı terror hücumlarının planlaşdırılmasında iştirak edən terrorçuların istifadə etdiyi sığınacaqa zərbə endirib. Əməliyyat zamanı öldürülən terrorçular arasında Nablus bölgəsində atışmalarda iştirak etmiş və gələcək terror fəaliyyətlərini planlaşdıran Məhəmməd Zahed də var”, - məlumatda deyilir.
Qeyd olunub ki, M.Zahed “Balata” düşərgəsində gənclərdən ibarət terror qruplaşması yaradıb, onları İsrail hərbçilərinə qarşı terror fəaliyyətləri üçün partlayıcı və silahlarla təmin edib.