İsrail "Hizbullah"ın Livan ərazisində bütün hərbi infrastruktlarına zərbə endirib
- 18 dekabr, 2025
- 13:31
İsrail Müdafiə Ordusu Livanın bütün ərazisinə hava zərbələri endirib.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti teleqram kanalında bildirib.
Məlumatda qeyd olunub ki, zərbələr zamanı "Hizbullah"ın istifadə etdiyi hərbi kompleks ərazisində olan "terrorçu infrastrukturu" və start meydançaları məhv edilib. Bu kompleksdən təşkilatın terrorçularının təlim və kursları üçün, həmçinin artilleriya atəşinin aparılması və silahların saxlanması üçün istifadə olunurdu.
O da bildirilib ki, Livanın dərinliklərinə, "Hizbullah"ın silah saxlamaq və əməliyyatlar keçirmək üçün istifadə etdiyi binalara da zərbələr endirilib.
"Bu cür hərbi infrastruktur obyektlərinin mövcudluğu və "Hizbullah"ın bu ərazilərdəki fəaliyyəti İsrail ilə Livan arasındakı razılaşmaları pozur və İsrail üçün təhlükə yaradır", - məlumatda deyilib.