İsrail Avropaya kömək üçün qaz kəşfiyyatını bərpa edəcək

İsrail Avropaya kömək üçün qaz kəşfiyyatını bərpa edəcək İsrail Avropaya qaz tədarükü ilə bağlı vəziyyət fonunda yenidən öz sularında qaz yataqlarının kəşfiyyatı prosesinə başlayacaq.
Digər ölkələr
31 May , 2022 00:18
İsrail Avropaya kömək üçün qaz kəşfiyyatını bərpa edəcək

İsrail Avropaya qaz tədarükü ilə bağlı vəziyyət fonunda yenidən öz sularında qaz yataqlarının kəşfiyyatı prosesinə başlayacaq.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” yazıb.

İsrailin energetika naziri Karin Elharar deyib ki, İsrail öz ərazi sularında qaz yataqlarının kəşfiyyatının dördüncü mərhələsinə başlayacaq: “İsrail Avropaya enerji mənbələrinin şaxələndirilməsinə kömək etmək üçün üzərinə düşəni edir”, - nazir bildirib.

Onun sözlərinə görə, qlobal enerji böhranı İsrailə Avropaya qaz ixracını inkişaf etdirmək imkanı verir. Nəşr xatırladıb ki, 2021-ci il dekabrın 15-də nazir 2022-ci il üçün qaz yataqlarının kəşfiyyatını tamamilə dayandırmaq və diqqəti bərpa olunan enerji mənbələrinə yönəltmək planlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi