İran atəşkəsi pozması barədə məlumatı təkzib edib

Digər ölkələr
  • 24 iyun, 2025
  • 13:11
İran atəşkəsi pozması barədə məlumatı təkzib edib

İran Silahlı Qüvvələrinin Baş Qərargahı atəşkəs elan edildikdən sonra İsrail ərazisinə raket zərbəsi endirildiyinə dair məlumatı təkzib edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziya və radio şirkəti məlumat yayıb.

"Baş Qərargah son saatlarda İran tərəfindən İsrail ərazisinə raket zərbələri endirildiyinə dair məlumatı təkzib edib", - məlumatda qeyd olunub.