İran və ABŞ arasında nüvə razılaşması ilə bağlı böyük fikir ayrılıqları qalmaqdadır

İran və ABŞ arasında nüvə razılaşması ilə bağlı böyük fikir ayrılıqları qalmaqdadır İranın nüvə proqramının qiymətləndirilməsində rəsmi Tehran və Vaşinqton arasında böyük fikir ayrılıqları qalır, lakin Rusiya mübahisəli məsələlərin həlli perspektivini real hesab edir.
Digər ölkələr
2 Dekabr , 2021 06:44
İran və ABŞ arasında nüvə razılaşması ilə bağlı böyük fikir ayrılıqları qalmaqdadır

İranın nüvə proqramının qiymətləndirilməsində rəsmi Tehran və Vaşinqton arasında böyük fikir ayrılıqları qalır, lakin Rusiya mübahisəli məsələlərin həlli perspektivini real hesab edir.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.

“Məsələ son dərəcə çətindir . Görünür ki, İran və ABŞ arasında fərqlər çox böyükdür, bu, əvvəlki raundlarda da olub, indi də. Amma biz qəti şəkildə ondan çıxış edirik ki, danışıqlar, diplomatiya yolu ilə hər şeyi həll etmək üçün real şanslar var”, - deyə Mixail Ulyanov əlavə edib.

M. Ulyanov bildirib ki, Vyana danışıqlarında iştirak edənlərdən heç biri rəsmi olaraq İranla bağlı müvəqqəti razılaşma təşəbbüsü ilə çıxış etməyib.

O, həmçinin bildirib ki, Rusiya İranla nüvə sazişi üzrə müvəqqəti razılaşmanı mümkün hesab edir: “Hələlik heç kim rəsmi olaraq belə təkliflərlə çıxış etməyib. Amerika mediasına müəyyən sızmalar olub və kifayət qədər qeyri-müəyyəndir. Heç kim bu məsələ ilə bağlı rəsmi olaraq hər hansı fikir bildirməyib”.

Son xəbərlər

Orphus sistemi