İndoneziyada qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

İndoneziyada qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB İndoneziyanın Yava adasının Çikalenqka - Haurpuqur hissəsində səhər saatlarında iki sərnişin qatarı toqquşub.
Digər ölkələr
5 yanvar 2024 07:19
İndoneziyada qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

İndoneziyanın Yava adasının Çikalenqka-Haurpuqur hissəsində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə nəticəsində 28 nəfər xəsarət alıb.

07:15

İndoneziyanın Yava adasının Çikalenqka - Haurpuqur hissəsində səhər saatlarında iki sərnişin qatarı toqquşub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 06:03-də (Bakı vaxtı ilə 03:03) baş verən qəza nəticəsində dəmiryolunun 3 əməkdaşı həlak olub.

Qeyd olunub ki, bir neçə vaqon relsdən çıxıb və sərnişinlər əşyalarını dağıntılar altından çıxarmağa çalışıblar.

Yolu təmizləmək üçün hadisə yerinə ağır texnika cəlb olunub, polis əməkdaşları sərnişinləri qəza yerindən təxliyə ediblər.

Vurğulanıb ki, reyslər alternativ marşrutla dəyişdiriləcək və səyahət vaxtı iki-üç saat artacaq.

Son xəbərlər

Orphus sistemi