İspaniyada meşə yanğınlarına görə 400-ə yaxın adam təxliyyə edilib

İspaniyada meşə yanğınlarına görə 400-ə yaxın adam təxliyyə edilib Bakı. 30 iyul. REPORT.AZ/ İspaniyanın Əndəlusiya muxtar icmasının ərazisindəki Manilva kəndində tüğyan edən meşə yanğınları səbəbinə görə, təxminən, 400 nəfər təxliyyə edilib.
Digər ölkələr
30 İyul , 2018 11:31
İspaniyada meşə yanğınlarına görə 400-ə yaxın adam təxliyyə edilib
The Telegraph

Bakı. 30 iyul. REPORT.AZ/ İspaniyanın Əndəlusiya muxtar icmasının ərazisindəki Manilva kəndində tüğyan edən meşə yanğınları səbəbinə görə, təxminən, 400 nəfər təxliyyə edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, regional təcili xidmətdən bu addımın təhlükəsizlik tədbirləri çərçivəsində atıldığı bildirilib. Həmçinin avtomobil yollarından biri müvəqqəti bağlanıb.

Qeyd edilir ki, gecə yanğınlarla əlaqədar xidmətə, təqribən, 150 zəng daxil olub.

Təbii fəlakətlə mübarizə üçün yanğınsöndürənlər, eləcə də helikopterlər cəlb olunub. Hazırda vəziyyət sabitləşir.

Son xəbərlər

Orphus sistemi